Suriyada qanlı gecə yaşanıb

 Suriyada qanlı gecə yaşanıb
  14 İyul 2025    Oxunub:904
Suriyanın cənubundakı Əs-Suveyda əyalətində bədəvi və druz icmaları arasında baş verən şiddətli toqquşmalarda azı 37 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
AzVision.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq qrupunun yaydığı məlumata əsasən, ölənlər arasında druz icmasının 27 nümayəndəsi, o cümlədən iki uşaq, həmçinin 10 bədəvi var. Bundan əlavə, azı 100 nəfər yaralanıb.

“Etnik azlıqlar arasında toqquşmalar uzun müddətdir ki, davam edən ərazi və icmalararası gərginliyin alovlanması fonunda baş verib”, - media resurslarının açıqlamalarında bildirilir.

Rəsmi Dəməşq vəziyyəti sabitləşdirmək və axan qanı dayandırmaq üçün hökumət qüvvələrinin köməyi ilə münaqişəyə müdaxilə etmək niyyətini açıqlayıb. Məlumata görə, druz və bədəvi liderləri silahlı toqquşmalara son qoymağa çağırırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   toqquşmalar  



Xəbər lenti